İşıqforda iki avtomobil toqquşdu

İşıqforda iki avtomobil toqquşdu

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az "report"-a istinadən məlumat verir ki, qəza Nizami rayonu Bəhruz Nuriyev küçəsində qeydə alınıb. Hadisə zamanı işıqforun qırmızı işığında yolunu davam etdirən "Hyundai" markalı maşın qarşıda dayanan "Mercedes"ə arxadan çırpılıb. Qəzadan sonra əzilən avtomobillərin sürücüləri arasında mübahisə yaranıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə baş verən ünvana Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Hazırda hadisənin səbəbləri araşdırılır.

Dostlarınla paylaş


Şərhlər


Top