04.11.2015
Gündəm
Qatarda vaqon bələdçisi qarət edildi
Gəncə-Bakı ekspress qatarında vaqon bələdçisi işləyən Bakı şəhər sakini Elmira Koçkarovanın çantasından 150 manatı oğurlanıb. Bu barədə Cars-az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin vaqonda mühafizəçi işləyən Nicat Rəsulov tutulub.