Məqalələr

  • “Mazda”lar da bahalaşdı

    Aprel ayında yenidən bahalaşma  olacaq Azərbaycanda satılan “Mazda” markalı minik avtomobillərinin qiyməti artıb. Cars-az fins.az-a istinadən məlumat verir ki, bahalaşma bu maşınlara tətbiq edilən endirimlərin ləğv edilməsi ilə bağlıdır. Məsələn, 2 min manatlıq endirimin ləğvindən sonra “Mazda 3” 23900 manata satılır. “Mazda 2” almaq istəyənlər isə indiyə qədər 14 min manata olan avtomobilə görə indi əlavə 900 manat ödəməli olacaqlar. “Mazda CX 5” modelinin qiyməti  22 500 manatdan 24 900 manata, “Mazda 6” modelinin qiyməti isə 29900 manatdan 34000 manata yüksəlib. Ən böyük bahalaşma isə “Mazda CX 9” modelində olub.  Avtomobil  4900 manatlıq endirim ləğv edildikdən sonra  41900 manata satılır. “Mazda” avtomobillərinin qiymətində növbəti artım isə gələn ay olacaq. “Mazda Azerbaijan” şirkətindən fins.az-a verilən məlumata görə, bahalaşma Azərbaycanda manatın kəskin ucuzlaşdırılması ilə əlaqədardır. Hər maşının qiymətində 3-4 min manatlıq artım gözlənilir. Şirkətin satış departamentindən bildirilib ki, fevral-mart aylarında gözlənilənlərin əksinə olaraq satışlarda artım müşahidə edilib. Belə ki, qiymətlərin qalxacağını bilən müştərilər daha cəld hərəkət edərək  avtomobil sahibi olmağa çalışıblar.  Bu isə satışların bir qədər artmasına təsir göstərib. Ardını oxu

  • Yevlaxda avtomobil aşdı, iki nəfər öldü

    Faktla bağlı araşdırma aparılır Yevlaxda baş verən yol qəzasında iki nəfər ölüb. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə martın 30-da saat 01.00 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndində baş verib. Ağdaş rayon sakini Rəşad Sadıqov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini Ramin İsayev hadisə yerində ölüblər. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. Ardını oxu

  • Ekskavator 100 metrdən yerə çırpıldı

    Onlarla fəhləni ölümün pəncəsindən yalnız az bir məsafə xilas edib Çilinin paytaxtı Santyaqoda metro tikintisi zamanı fəhlələri bədbəxt hadisədən az bir məsafə xilas edib. Cars-az anspress-ə istinadən məlumat verir ki, internetdə yayılan videoda 17 tonluq Caterpillar ekskavatoru kranın ağzından içərisində fəhlələr işləyən qazıntının içərisinə düşüb. Bir neçə yüz metr dərinlikdə olan dəlikdə onlarla fəhləni ölümün pəncəsindən yalnız ekskavatorun düşdüyü yerdə olmamaları qurtarır. Hadisə nəticəsində ölüm baş verməsə də təsadüfi çəkilən video höküməti hərəkətə gətirib. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Ardını oxu

  •  “Toyota” və üç “Mercedes” toqquşub

    Şərifzadə küçəsində zəncirvari qəza baş verib Ardını oxu

Bakı Metropolitenində qatarların sayı artırılıb

Bakı Metropolitenində qatarların sayı artırılıb

QSC sərnişin sıxlığı ilə əlaqədar intervalı da azaldıb Ardını oxu

Avtobus qəzasında 16 nəfər öldü

Avtobus qəzasında 16 nəfər öldü

Hadisə Misirdə baş verib Misirdə sərnişin mikroavtobusu və iki yük maşının toqquşması nəticəsində 16 nəfər ölüb. Cars-az anspress-ə istinadən məlumat verir ki, qəza Sohaq şəhərini Qırmızı dəniz ətrafı vilayəti ilə birləşdirən magistralda baş verib. Qəzanın qurbanları kurort zonasına işə yollanan Misir vətəndaşları olub. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Misirdə hər il 12 min insan yol-nəqliyyat hadisələrində həyatını itirir. Ardını oxu

Yol polisi qəzaya düşdü – 4 yaşlı uşaq öldü

Yol polisi qəzaya düşdü – 4 yaşlı uşaq öldü

Hadisə Rəşid Behbudov küçəsində baş verib Nəsimi rayonunda yol qəzası baş verib. Cars-az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, toqquşan maşınlardan birinin sürücüsü yol polisi olub. Hadisə Rəşid Behbudov küçəsində baş verib. Dövlət Yol Polisi İdarəsinin kiçik serjantı 1987-ci il təvəllüdlü Pərviz Şahverdiyevin idarə etdiyi Niva markalı 90 TT 633 nömrəli və Bakı sakini 1991-ci il təvəllüdlü Elməddin Nəsirovun idarə etdiyi «Mercedes» markalı, 10 KR 343 nömrəli avtomobillər toqquşub. Nəticədə E.Nəsirov, sərnişinləri 1989-cu il təvəllüdlü Rahilə Gözəlova, R.Gözəlovun oğlu 2011-ci il təvəllüdlü İmaməli Natiq oğlu, bacıları Səkinə Nəsirova və Elyanə Yavtumova xəstəxanaya yerləşdirilib. Dörd yaşlı İmaməli xəstəxanada vəfat edib, digər yaralıların vəziyyəti yaxşıdır. Ardını oxu

Top