04.11.2015
Qəzalar
Yevlaxda avtomobil aşdı, iki nəfər öldü
Yevlaxda baş verən yol qəzasında iki nəfər ölüb. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə martın 30-da saat 01.00 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndində baş verib. Ağdaş rayon sakini Rəşad Sadıqov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini Ramin İsayev hadisə yerində ölüblər. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.