Avtobus qəzasında 16 nəfər öldü

Avtobus qəzasında 16 nəfər öldü

Misirdə sərnişin mikroavtobusu və iki yük maşının toqquşması nəticəsində 16 nəfər ölüb. Cars-az anspress-ə istinadən məlumat verir ki, qəza Sohaq şəhərini Qırmızı dəniz ətrafı vilayəti ilə birləşdirən magistralda baş verib. Qəzanın qurbanları kurort zonasına işə yollanan Misir vətəndaşları olub. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Misirdə hər il 12 min insan yol-nəqliyyat hadisələrində həyatını itirir.

Dostlarınla paylaş


Şərhlər


Top