04.11.2015
Qəzalar
Türkiyədə dəhşətli qəza- 13 ölü
Türkiyədə qətliam kimi qəza baş verib. Cars-az posta.com-a istinadən xəbər verir ki, olay Şanlıurfa-Akçakala yolundakı TOKİ bağlantılı yolda baş verib. Yağış səbəbi ilə sürüşkən olan yolda 55 SL 017 nömrəli minik avtomobili 73 DB 338 nömrəli beton qarışdıran maşın və 33 DGZ 31 nömrəli sərnişin avtobusu toqquşub. Faciəvi zəncirvari qəza zamanı 13 nəfər dünyasını dəyişib, 5 nəfər yaralanıb. Ölənlər sırasında Suriya vətəndaşları və uşaqların olduğu bildirilir.
Fidan