Bayram günləri yollarda 22 nəfər öldü

Bayram günləri yollarda 22 nəfər öldü

Bayram günləri ölkə ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin Cars-az-a verdiyi məlumata görə, mart ayının 20-dən 29-a qədər ölkə ərazisində 92 yol qəzası baş verib. Nəticədə 22 nəfər ölüb, 135 nəfər xəsarət alıb.

K.Əliyev baş verən qəzaların 36-nın paytaxt ərazisində qeydə alındığını bildirib. Nəticədə 11 nəfər ölüb, 59 nəfər xəsarət alıb. Baş verən qəzaların 30-u piyadaların vurulması ilə nəticələnib.

Dostlarınla paylaş


Şərhlər


Top