04.11.2015
Qəzalar
Avtomobil tamaşaçılara çırpıldı
Almaniyanın “Nürburqrinq” yarış yolunda baş vermiş bədbəxt hadisə zamanı tamaşaçılardan biri ölüb, daha bir neçə nəfər xəsarət alıb. Cars-az xarici mətbuata istinadən xəbər verir ki, Adenau şəhər polisinin rəsmisinin sözlərinə görə, insident yarışlar başlayarkən yaranıb.
Nissan komandasının avtomobillərindən biri yolu tamaşaçı tribunalarından ayıran trasa çırpılaraq, daha sonra tamaşaçıların üstünə aşıb. Bədbəxt hadisə ilə əlaqədar yarışlar dayandırılıb. Sükan arxasında britaniyalı sürücü Yan Mardenboro olub. O, müayinə üçün xəstəxanaya aparılıb. Qəzanın səbəbləri haqqında məlumat verilmir.