04.11.2015
Qəzalar
Avtomobil dayanacağa girdi – 5 ölü, 2 yaralı
Ukraynanın Lvov vilayətində avtomobil avtobus dayanacağına girib. Nəticədə 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Cars-az xəbər verir ki, bu haqda məlumatı Lvov vilayətinin Dövlət Avtomobil Müfəttişliyinin mətbuat xidməti yayıb. Hadisə Kiyev-Çop magistralında, Dubye kəndində qeydə alınıb. Lvov istiqamətində gedən “Fiat Doblo” markalı avtomobil idarəetməni itirərək qarşı tərəfə keçib və avtobus dayanacağına girib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışırlar. (aznews.az)