04.11.2015
Qəzalar
Avtobus qəzaya düşdü; ŞOK KEÇİRƏN VAR
Bakıda avtobus qəzası baş verib. Cars-az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Səbail rayonunda sərnişin avtobusu “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Hadisə Bayıl qəsəbəsində baş verib. Belə ki, 88 nömrəli sərnişin avtobusu minik maşını ilə toqquşub. Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb. Taksiliklə məşğul olan “Mercedes” avtomobilinin sürücüsü qəzadan şok keçirib.
Hadisə ilə bağlı DYP əməkdaşları araşdırma aparır.