Yol terroru: 1 ölü, 3 yaralı

Yol terroru: 1 ölü, 3 yaralı

Bakının Nizami rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1954-cü il təvəllüdlü Abbasov Aydın Həsənqulu oğlunun idarə etdiyi “Mercedes” ilə 1974-cü il təvəllüdlü İsmayılov Habil Mahir oğlunun sürdüyü “BMW” toqquşub. Nəticədə hər iki sürücü ilə yanaşı daha 2 nəfər də ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top