04.11.2015
Qəzalar
Azərbaycanda yol qırğını: 5 ölü, 23 yaralı
Martın 25-də Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 5 nəfərin həyatına son qoyub. Cars-az xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, dünən gün ərzində ümumilikdə 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə dünyasını dəyişən 5 nəfərdən başqa 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dünən baş verən qəzalardan ən dəhşətlisi Mingəçevirdə olub. Şəhərdə sərnişin avtobusunun da iştirakı ilə qeydə alınmış zəncirvari qəza 3 nəfərin həyatına son qoyub. Daha 10 nəfər isə yaralanıb. Ölümlə nəticələnən digər iki qəza isə Bakıda qeydə alınıb. Hər bir fakt üzrə araşdırmalar aparılır.