04.11.2015
Qəzalar
Yol yarıldı, avtobusu uddu
Braziliyada insanları şoka salan hadisə baş verib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, sərnişin dolu avtobus torpaq yolda yaranmış böyük dəliyə düşüb. Hadisə gözlənilmədən baş verib. Bir anın içərisində avtobusun hərəkət etdiyi yol yarılıb.
Nəqliyyat vasitəsi əvvəl dərin çuxura, sonra isə yeraltı çaya düşüb. Xoşbəxtlikdən bu dəhşətli qəza nəticəsində insan tələfatı baş verməyib. Cəld tərpənən sürücü qapıları açaraq sərnişinləri vaxtında düşürə bilib. Yolda böyük dəliyin yaranmasına güclü leysan yağışları səbəb olub. Belə ki, yol torpaq olduğu, həmçinin çayın üzərində yerləşdiyi üçün yumşalıb və sürüşüb.