Sürücü sükan arxasında öldü

Sürücü sükan arxasında öldü

Bu gün Quzanlı-Hindarx avtomobil yolunun Ağcabədi rayonunun Sarıcalı kəndinin ərazisindən keçən hissəsində 1 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Cars-az regiontv-yə istinadən xəbər verir ki, Ağdam rayonunun Güllücə kənd sakini, 1963-cü il təvəllüdlü Gəray Hidi oğlu Paşayevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobil yoldan çıxaraq çəpərə dəyib. Sürücü hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, hadisəyə sürücünün ürəyində yaranan problem səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top