-
Yolu keçmək istəyən piyada vuruldu
Hadisə ilə bağlı araşdırma aparılır Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, bu barədə teleqraf-a Abşeron Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Rahil Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurıb. Nəticədə həmin şəxs hadisə yerində ölüb. BDYPİ tərəfindən araşdırma aparılır. Ardını oxu
-
Bakı-Nijni Novqorod istiqamətində yeni aviauçuşlara başlanılacaq
İki şəhər arasında müntəzəm reyslər həyata keçiriləcək Ardını oxu
-
Yeni metro vaqonları Bakıya göndərildi
Müqaviləyə əsasən, Azərbaycan hərəsi 5 vaqondan ibarət 3 qatar alacaq Ardını oxu
-
Bayram günləri yollarda 22 nəfər öldü
Baş verən qəzaların 30-u piyadaların vurulması ilə nəticələnib Ardını oxu
Sürücünü qətlə yetirən azərbaycanlı saxlanıldı
Öldürülən də azərbaycanlıdır Ardını oxu
Temperatur düşməyə başladı
Azərbaycanda martın 31-i axşamadək qeyri-sabit hava müşahidə olunacaq Ardını oxu
İki nəfərin öldüyü qəzanın ŞOK təfərrüatları
Avtoyuma məntəqəsindən maşını oğurlayaraq qəza törədiblər Dünən axşam saatlarında marşrut avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzanın detalları bəlli olub. Cars-az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Məlum olub ki, qəzaya düşən minik avtomobili qaçırılıbmış. Belə ki, martın 28-də saat 14 radələrində Bakı sakini 1962-ci il təvəllüdlü Tofiq Gülməmmədov özünə məxsus Mercedes markalı 90 LB 483 nömrəli avtomobili Nizami rayonu Babək prospekti 71-in qarşısında yerləşən avtoyuma məntəqəsində orada işləyən Cəlilabad sakini 1993-cü il təvəllüdlü Rüstəm Bədirova yumağa verib. R.Bədirov avtomobili qaçıraraq saat 21 radələrində Babək prospektində Gürcüstan vətəndaşı 1960-cı il təvəllüdlü Mustafa Məmmədovun idarə etdiyi Daewo markalı 90 VS 438 nömrəli 49 saylı xətt avtobusu ilə toqquşub. Nəticədə R.Bədirov xəstəxanaya aparılarkən yolda, sərnişini Masallı sakini 1993-cü il təvəllüdlü Mübariz Abbasov isə xəstəxanada ölüb.Avtobus sərnişinlərindən 1939-cu il təvəllüdlü Elnarə İsmayılova, 1977-ci il təvəllüdlü Tamara Abdullayeva və 1993-cü il təvəllüdlü Aysel Hüsenova xəstəxanada yardım alıb evə buraxılıblar. Ardını oxu
Paytaxtda iki avtomobil toqquşdu, biri yandı
Hadisə ötən gün axşam saatlarında meydana gəlib Ardını oxu