Məqalələr

  • Hava nəqliyyatı ilə 231 min sərnişin daşınıb

    Dövlət Statistika Komitəsi məlumat yaydı 2015-ci ilin yanvar-fevral ayları ərzində hava nəqliyyatı ilə 231 min və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3% çox şərnişin daşınıb. Cars-az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2015-ci ilin yanvar-fevral ayları üzrə hesabatında deyilir. Komitənin məlumatında göstərilir ki, daşımanın 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Bu nəqliyyat növü üzrə yükdaşıma 28% artaraq 16 min tona çatıb. Ardını oxu

  • Qar qəza gətirdi

    Daşkəsəndə sürücü güclü qar səbəbindən avtomobili dərəyə aşırıb Cars-az regiontv-yə istinadən xəbər verir ki, bu gün saat 10 radələrində Gəncə-Daşkəsən yolunda nəqliyyat qəzası baş verib. Daşkəsən sakini Rasim İmanov idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən avtomobili yolun kənarındakı dərəyə aşırıb. Xəsarət alan olmasa da, “VAZ 21011” tam yararsız hala düşüb. Hadisə zamanı avtomobildə olan sürücünün qardaşı Əli İmanovun sözlərinə görə, qəzaya yolun qarlı və buzlu olması səbəb olub. Hələlik avtomobili dərədən çıxarmaq mümkün olmayıb. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır. Ardını oxu

  • Bakıda 4032 sərxoş sürücü saxlanılıb - DYP

    Qəza şəraiti yaratdığına görə 677 sürücü barəsində inzibati protokol tərtib edilib Yanvarın 1-dən martın 29-dək Bakıda 218 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 62 nəfər ölüb, 263 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cars-az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Azərtac-a bildirib ki, bu müddətdə avtomobili sərxoş vəziyyətdə idarə edən 4032 sürücü yol polisi əməkdaşları tərəfindən yollarda təhlükəsizlik tədbirləri aparılarkən saxlanılıb. Eləcə də qəza şəraiti yaratdığına görə 677 sürücü saxlanılaraq barələrində inzibati protokollar tərtib edilib. Yol hərəkəti qaydalarını pozan 24 min 845 piyada qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilib. Ardını oxu

Sürücülərə vacib xəbər: Sürət rejiminə nəzarət sərtləşdirilir

Sürücülərə vacib xəbər: Sürət rejiminə nəzarət sərtləşdirilir

Yüksək riskli yol hissələrində nəzarət prinsipi ilə işləyən və məsafədən orta sürəti hesablayan kameralar quraşdırılacaq Ardını oxu

Türkiyədə dəhşətli qəza- 13 ölü

Türkiyədə dəhşətli qəza- 13 ölü

Sürüşkən yolda minik avtomobili, beton qarışdıran maşın və sərnişin avtobusu toqquşub Ardını oxu

Yol nişanlarına diqqət: Bakıda bəzi yol hərəkəti sxemi dəyişib

Yol nişanlarına diqqət: Bakıda bəzi yol hərəkəti sxemi dəyişib

Babək prospektindən “Gənclik” tərəfə hərəkət edənlər “Exselsior” hotelinin yanındakı tunelə birbaşa girə bilməyəcəklər Ardını oxu

Bakıda Yol Polisi İdarəsinin yanından keçəndə ehtiyatlı olun

Bakıda Yol Polisi İdarəsinin yanından keçəndə ehtiyatlı olun

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanında yolun genişləndirilməsi işləri aparılır Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı yolda təmir işləri aparılır. Cars-az-ın məlumatına görə, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, paytaxtın Mikayıl Müşfiq küçəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati binasının yanından “maşın bazarı”nadək olan hissəsində yolun genişləndirilməsi işləri aparılır. Bu səbəbdən həmin ərazidə yolun nisbətən daralması və nəqliyyatın sıxlığı yaşanır: “Ona görə də paytaxtın “Qurd qapısı” dairəsindən Mikayıl Müşfiq küçəsi ilə 3-cü kənar dairəvi yol istiqamətində hərəkət edən sürücülərdən diqqətli olmaları, ara məsafəsini saxlamaları xahiş olunur”. Ardını oxu

Top