Məqalələr

  • Bu şəhərdən Bakıya reys ləğv edildi

    Rusiyanın Omsk aeroportu Bakıya olan birbaşa reyslərini təxirə salır Cars-az anspress-ə istinadən xəbər verir ki, bu barədə aeroportun rəsmi saytında 29 martdan 24 oktyabra kimi reyslərinin cədvəlində qeyd edilib. Beynəlxalq reyslərdə Bakıdan əlavə, Bişkek, Düşənbə, İrəvan, Daşkənd, Pekin, İstanbul, Dubay, Varna və Saloniki şəhərlərinə birbaşa uçuşlar ləğv olunub.Bundan əlavə, aeroport yerli reyslərdə Omsk-Moskva istiqamətində uçuşları 11-dən 8-ə endirib. Xabarovsk, Xantı-Mansiysk, İrkutsk, Krasnodar və Gelencik şəhərlərinə bir başa reyslər təxirə salınıb. Qeyd edək ki, aeroport rəsmiləri bir çox beynəlxalq və yerli reyslərin təxirə salınmasını iqtisadi böhranla əlaqələndirirlər. Ardını oxu

  • Paytaxtın bəzi yollarında sürət həddi azaldıldı

    Bakıda bəzi yollarda sürət həddi azaldılıb Cars-az xəbər verir ki, bunu trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib. Bakının Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda hərəkət sürəti azaldılıb: “Zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Belə ki, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib. Bununla bağlı yollardakı elektron tablolarda da dəyişiklik edilib. Sürət həddinin azaldılmasına səbəb metereoloji vəziyyətin, hava şəraitinin pisləşməsidir”. Ardını oxu

  • Aprel ayının hava PROQNOZU

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir Ardını oxu

  • Obama az qala təyyarədən yıxılacaqdı

    Prezident vaxtında sürahidən tutaraq tarazlığını qoruyub Ardını oxu

Avtobus dərəyə yuvarlandı: 19 ölü, 25 yaralı

Avtobus dərəyə yuvarlandı: 19 ölü, 25 yaralı

Qəzanın baş verdiyi ərazidə güclü yağışlar müşahidə olunur Perunun cənubundakı Ayakuço bölgəsində avtobusun qəzaya uğraması nəticəsində azı 19 nəfər ölüb, 25 xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  ilkin versiyaya görə, «Transporte Sanchez» şirkətinə məxsus avtobus Naska-Pukuio yolunun 148-ci km-də dərəyə aşıb. Qəzanın rəsmi səbəbi hələlik açıqlanmayıb. Məlumata görə,  qəzanın baş verdiyi ərazidə güclü yağışlar müşahidə olunur. Ardını oxu

Maşın ağaca çırpıldı; yaralılar var

Maşın ağaca çırpıldı; yaralılar var

Maşın əvvəlcə dairəvi yol ötürücüsünə, sonra kənardakı ağaca dəyib Qəbələ rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Cars-az APA-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 70-ci kilometrliyində, Qəbələ şəhərində qeydə alınıb. Göygöl rayonu Topalhəsənli kənd sakini, 1989-cu il təvəllüdlü Rəsulov Ruslan Surxay oğlu idarə etdiyi 25-BH-070 dövlət nömrə nişanlı «VAZ-21154» markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan maneə səbəbindən idarəetməni itirib. Nəticədə maşın əvvəlcə dairəvi yol ötürücüsünə və sonra kənardakı ağaca çırpılıb. Sürücü R.Rəsulov və sərnişini, Qəbələ rayonu İmamlı kənd sakini, 1990-cı il təvəllüdlü İbrahimov Elvin Məzahir oğlu xəsarət alıblar. Onlar Qəbələ Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. Ardını oxu

Qəzaya düşən kişi hadisədən əvvəl arvadını öldürüb

Qəzaya düşən kişi hadisədən əvvəl arvadını öldürüb

Meyit müayinə olunarkən üzərində çoxsaylı bıçaq xəsarətləri aşkar olunub Ardını oxu

Top