Obama az qala təyyarədən yıxılacaqdı

Obama az qala təyyarədən yıxılacaqdı

ABŞ prezidenti Barak Obama bu hərəkəti ilə yenidən gündəmə gəlib. Cars-az-ın məlumatına görə, Obama Vaşinqtonda təyyarədən düşərkən az qala trapdan yıxılacaqdı. Prezident vaxtında sürahidən tutaraq tarazlığını qoruyub. Bundan sonra o, trapla aşağı düşərək onu gözləyən zabitləri salamlayıb. ABŞ lideri qolf oynadığı Floridadan Vaşinqtona qayıdırmış.

Qeyd edək ki, Obama təyyarədən düşərkən çox vaxt maraqlı hadisələrlə gündəmə gəlir. Prezident sonuncu dəfə təyyarədən düşərkən hərbçiləri əlində kola şüşəsi ilə salamlamışdı. Obamanın bu hərəkəti birmənalı qarşılanmamışdı.

Dostlarınla paylaş


Şərhlər


Top