04.11.2015
Gündəm
Bakıya qar yağıb – FOTO
Hazırda Bakıda yağıntılı hava şəraiti var, paytaxtın bəzi yerlərində yağışın sulu qara keçməsi müşahidə edilir, havanın temperaturu 4 dərəcə təşkil edir. Cars-az aznews-a istinadən xəbər verir ki, dünən axşam saatlarından etibarən ölkə ərazisində hava şəraiti pisləşib. Paytaxt və rayonlarda qeyri-sabit hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlara sulu qar, qar yağır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu belə hava şəraitinin martın 31-nə qədər davam edəcək.