04.11.2015
Qəzalar
Avtobus dərəyə yuvarlandı: 19 ölü, 25 yaralı
Perunun cənubundakı Ayakuço bölgəsində avtobusun qəzaya uğraması nəticəsində azı 19 nəfər ölüb, 25 xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin versiyaya görə, «Transporte Sanchez» şirkətinə məxsus avtobus Naska-Pukuio yolunun 148-ci km-də dərəyə aşıb. Qəzanın rəsmi səbəbi hələlik açıqlanmayıb. Məlumata görə, qəzanın baş verdiyi ərazidə güclü yağışlar müşahidə olunur.