04.11.2015
Qəzalar
Beyləqanda “Opel” yandı
Beyləqan şəhərində yanğın baş verib. Cars-az xəbər verir ki, bu barədə FHN-dən “qafqazinfo”ya verilən məlumata görə, vətəndaşa məxsus “Opel” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.