04.11.2015
Gündəm
Temperatur düşməyə başladı
Ötən günlərlə müqayisədə Azərbaycanda temperatur 7-8˚ aşağı düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gündən etibarən Azərbaycan ərazisində hava şəraiti pisləşəcək, martın 31-i axşamadək qeyri-sabit hava müşahidə olunacaq. Hava şəraiti əsasən şimal və qərb rayonlarından pisləşməyə başlayacaq. Rayonlarda havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Bakı və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 7-8˚ aşağı düşəcək.
Fidan