Yol polisi qəzaya düşdü – 4 yaşlı uşaq öldü

Yol polisi qəzaya düşdü – 4 yaşlı uşaq öldü

Yol polisi qəzaya düşdü – 4 yaşlı uşaq öldü

Nəsimi rayonunda yol qəzası baş verib. Cars-az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, toqquşan maşınlardan birinin sürücüsü yol polisi olub. Hadisə Rəşid Behbudov küçəsində baş verib. Dövlət Yol Polisi İdarəsinin kiçik serjantı 1987-ci il təvəllüdlü Pərviz Şahverdiyevin idarə etdiyi Niva markalı 90 TT 633 nömrəli və Bakı sakini 1991-ci il təvəllüdlü Elməddin Nəsirovun idarə etdiyi «Mercedes» markalı, 10 KR 343 nömrəli avtomobillər toqquşub. Nəticədə E.Nəsirov, sərnişinləri 1989-cu il təvəllüdlü Rahilə Gözəlova, R.Gözəlovun oğlu 2011-ci il təvəllüdlü İmaməli Natiq oğlu, bacıları Səkinə Nəsirova və Elyanə Yavtumova xəstəxanaya yerləşdirilib. Dörd yaşlı İmaməli xəstəxanada vəfat edib, digər yaralıların vəziyyəti yaxşıdır.

Dostlarınla paylaş


Şərhlər


Top