Məqalələr

  • Bakıda polisin paqonunu sökənlərə cinayət işi açıldı

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu metroda baş verən xuliqanlıq hadisəsi ilə bağlı açıqlama yayıb. Bu barədə Cars-az Bakı şəhər Prokurorluğundan məlumat verilib. Məlumata görə, fevralın 15-də saat 19:30 radələrində Bakı Metropoliteninin Polis şöbəsinin polis nəfəri Tahir Mikayılov xidməti vəzifələrinin icrası bitdikdən sonra Bakı Metropoliteninin “Qara Qarayev” stansiyası yaxınlığında olarkən Masallı rayon sakinləri - Elmin Hacıyev və Kərim Kərimovun ictimai qaydanı kobud şəkildə pozaraq ona qarşı zor tətbiq ediblər. Hər iki şəxs tahir Mikayılova bədən xəsarətləri yetiriblər, həmçinin üzərində olan xidməti geyim formasının paqonunu söküblər. Faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.  Ardını oxu

  • Müğənnidən arvadına 5 milyonluq hədiyyə

    65 metrlik gəmi yay aylarında təhvil veriləcək Azərbaycanda da çox tanınan türk müğənnisi həyat yoldaşına qiymətli hədiyyə edib. Cars-az anspress-ə istinadən məlumat verir ki, İstanbulda ən böyük gəmi sərgilərindən biri keçirilib. Sərgini gəzənlər arasında müğənni Mustafa Sandal ilə oğlu da olub. "Avrasya Boat Show" da bir-birindən gözəl və bahalı gəmilər nümayiş edilib. Mustafa Sandan həyat yoldaşı Əminə Ərdoğana bu sərgidən elə bahalı Sevgililər günü hədiyyəsi edib. O, həyat yoldaşına sərginin ən lüks gəmilərindən birini alıb. "Fairline Squadron" modeli 65 metr uzunluğunda, iki mərtəbəlidir. Bu gəmi Sandala 5 milyon liraya (2 milyon 43 min dollara) başa gəlib. Nəqliyyat vasitəsindıə iki lüks yataq otağı, vanna otağı, salon, iki qonaq otağı var. Gəmi müğənniyə yay aylarında təhvil veriləcək. Ardını oxu

  • Qəzanı başqası törətdi, ölən başqası oldu

    Faktla bağlı araşdırma aparılır Göyçayda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az regiontv-yə istinadən xəbər verir ki, hadisə Göyçay-Bərgüşad yolunun 9-cu kilometrliyində, Qızılağac kəndi ərazisində qeydə alınıb. Həmin kənd sakini Zaur İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bərgüşad istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarındakı dəmirçi sexinə, sonra isə Abdulhəmid Osmanova məxsus minik maşınına çırpılıb. Avtomobilinin yanında olan Abdulhəmid Osmanov zərbənin təsirindən ağır xəsarətlər alaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.  Ardını oxu

  • Bakı yol polisi hərəkətə keçdi: bundan sonra...

    "Bakının yol polisi "toy karvanları" ilə əlaqədar nəzarəti gücləndirəcək" Ardını oxu

Sərxoş sürücüyə ağır cəza

Sərxoş sürücüyə ağır cəza

Sürücülük vəsiqəsi 2060-cı ilə kimi əlindən alındı Türkiyədə bir sürücünün sürücülük vəsiqəsi 2060-cı ilə qədər əlindən alınıb. Cars-az atvxəbər-ə istinadən xəbər verir ki, bununla 15-ci dəfədir sərxoş halda avtomobil idarə edən və saxlanılan 58 yaşlı Həsən Y. 2060-cı ilə qədər vəsiqəsini görə bilməyəcək. Həmçinin o, 6 aydan 1 ilə qədər həbs cəzasına məhkum edilə bilər.   Ardını oxu

Sumqayıt yolunda işıq lampalarını oğurlayanlar kameraya düşdü

Sumqayıt yolunda işıq lampalarını oğurlayanlar kameraya düşdü

İcra hakimiyyətinin quraşdırdığı lampaları sökənlər avtomobildəki kamera vasitəsilə qeydə alınıb Ardını oxu

“Avro-5”ə cavab verən benzin istehsal edəcəyik

“Avro-5”ə cavab verən benzin istehsal edəcəyik

Artıq neftayırma müəssisələrində yenidənqurma işlərinə başlanılıb Ardını oxu

Mingəçevirdə avtomobil yanıb

Mingəçevirdə avtomobil yanıb

Faktla bağlı araşdırma aparılır Mingəçevir şəhərində park edilmiş avtomobil yanıb. Cars-az regiontv-yə istinadən xəbər verir ki, hadisə Aydın Məmmədov küçəsində baş verib. Elnur Vaqif oğlu Məmmədova məxsus  “OPEL” markalı avtomobil qəflətən alovlanıb. Salon hissədə başlanan yanğın az sonra bütün avtomobili bürüyüb. Yanğını Fövqəladə Hallar Nazirliyinin  Yanğından Mühafizə Xidmətinin əməkdaşları söndürüblər. Avtomobilin  hansı səbəbdən yandığı məlum deyil. Faktla bağlı araşdırma aparılır. Ardını oxu

Top