-
Diktatorun təyyarəsi ilk dəfə görüntüləndi
Kim Çen In tikinti işləri ilə tanış olmaq üçün təyyarəsindən istifadə edib Şimali Koreya lideri Kim Çen Inın təyyarəsinin interyerinin ilk dəfə şəkilləri yayılıb. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, şəkillər liderin Pxenyan üzərində uçuşlarından biri zamanı çəkilib. İlk dəfə yayılan şəkillər Şimali Koreya informasiya agentliyinin saytında dərc edilib. Şəkillərdə Kim Çen In təyyarənin içində çəhrayı ağacdan masa arxasında oturub. Koreya Əmək partiyasının MK-ın birinci katibinin illüminatora baxan, həmçinin tabeçiliyində olanlarla ünsiyyət saxlayan zaman şəkli çəkilib. Kim yeni elmi mərkəzin tikintisinə baxmaq üçün təyyarədən istifadə edib. Ardını oxu
-
Yol hərəkəti qaydalarına və cərimələrə dəyişiklik edilir
Məsələ Mlli Məclisin iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın avtomobil yollarında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Cars-az-ın ANS-ə istinadən məlumatına görə, məsələ Mlli Məclisin iclasında müzakirəyə çıxarılacaq. Millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, dəyişikliklərdə yollarda müəyyən tikililərin aparılması, eləcə də bu yolların bərbad vəziyyətə salınmasına xidmət edən digər işlərin həyata keçirilməsi və digər məsələlər əksini tapıb: «Eyni zamanda, avtomobil yollarında razılaşdırılmamış reklam xarakterli lövhələrin qoyulmasıdır ki, bu da təhlükəsizlik qaydalarını pozulması ilə nəticələnə bilən hallardır. Hətta müvaffiq dövlət orqanı, həmin yola aid olmayan yol nişanlarını orada quraşdırılması ilə də bağlı artıq hüquqi və fiziki şəxslərin inzibati qaydada cəzalandırılması nəzəzrdə tutulub”. Ardını oxu
-
Şəhərdə iki piyadanı naməlum avtomobil vurdu
Gəncədə ayrı-ayrı vaxtlarda iki piyadanı naməlum maşınlar vurub Ardını oxu
-
Qatarda dəhşət: yeni doğulan körpə relslərin üstünə düşdü
Körpə tapılaraq anası ilə birlikdə xəstəxanaya aparılıb Hindistanda bir qadın qatarın tualetində uşaq dünyaya gətirib. Anspress-in məlumatına görə, Manu adlı qadın Hindistanın Racstan şəhərində qatarla yol getdiyi vaxtda qəfildən halı pisləşib. O, tualetə gedib və burada onun doğum sancıları başlayıb. Ana uşağı elə tualetdəcə doğur. Amma qəfildən körpə tualetdəki dəlikdən relslərin üstünə düşüb. Xoşbəxtlikdən tualetin yaxınlığında duran növbətçi doğan qadının səsini eşidib və qatarı vaxtında dayandırıb. Onlar körpəni tapıblar və anası ilə birlikdə xəstəxanaya aparıblar. Xoşbəxtlikdən relslərə düşən körpə heç bir ciddi xəsarət almayıb. Həkimlər də bildiriblər ki, həm ana, həm də körpənin vəziyyəti yaxşıdır və onların sağlamlığı üçün heç bir təhlükə yoxdur. Ardını oxu
İstanbul hava limanında reyslər bərpa edilib
Bosfor boğazında isə gəmilərin hərəkəti dayandırılıb Bu gün 3-4 saatlıq fasilədən sonra İstanbul hava limanında reyslər bərpa edilib. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, İstanbula güclü qar yağdığına görə uçuşlar təxirə salınmışdı. Türk Hava Yolları Şirkəti buna görə fevralın 18-19-a nəzərdə tutulan 200 reysi təxirə salmışdı. Həmçinin qara görə ictimai nəqliyyatın hərəkətində fasilələr yaranıb. Bundan başqa çovğuna görə Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb. Son məlumatlara görə, Türkiyədə yağan qarın hündürlüyü 60 santimetri keçtib Ardını oxu
Nyu-York avtobusunda hamı "Sarı gəlin" oxudu
ABŞ-da ictimai nəqliyyatda sürücü və sərnişinlər Azərbaycanın xalq mahnısını ifa ediblər ABŞ-da ictimai nəqliyyatda sürücü və sərnişinlər Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa ediblər. Cars-az atvxəbər.az-ə istinadən Nyu-Yorkda yaşayan soydaşlarımızın mobil telefonla çəkdiyi maraqlı görüntülər təqdim edir: Ardını oxu
Dərsdən qayıdan məktəblini maşın vurub öldürdü
Faktla bağlı araşdırma aparılır Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb. Gədəbəy rayonunun Yenikənd kənd sakini, 2006-cı il təvəllüdlü, 3-cü sinif şagirdi Yasəmən Vidadi qızı Hüseynova məktəbdən evə qayıdarkən avtomobil vurması nəticəsində dünyasını dəyişib. Məlumata görə, iki “VAZ-2107” markalı avtomobil toqquşub, onlardan biri yolun kənarına çıxaraq kənarda dayanan məktəbliyə dəyib, 9 yaşlı aldığı xəsarətdən ölüb. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır. Ardını oxu
Bakı-Sumqayıt şossesinə giriş açıldı
NİİM məlumat yayıb Bakı-Sumqayıt şossesinə girişi bərpa edilib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata görə, Bakı-Sumqayıt şossesində aparılan təmir işlərinin bir hissəsi yekunlaşdığı üçün Moskva prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Sumqayıt şossesinə girişi bərpa edilib. Hal-hazırda yolun digər qismində təmir işləri aparıldığına görə Bakı-Sumqayıt şossesinin 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Ardını oxu