Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Məqalələr

Məqalələr

  • Heydər Əliyev prospekti bağlandı

    Prospektin nə vaxt açılacağı bəlli deyil Bakının əsas yollarından biri olan Heydər Əliyev prospekti bağlanıb. Cars-az axar.az-a istinadən xəbər verir ki, “Bağırov körpüsü” kimi tanınan yol ötürücüsünün “Koroğlu” metro-stansiyası istiqamətində olan hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Yol “Azəryolservis” ASC-nin maşınları tərəfindən bağlanıb, prospektin nə vaxt açılacağı bəlli deyil.   Yolun bağlanması böyük tıxacın yaranmasına səbəb olub. Qeyd edək ki, Heydər Əliyev prospektinin şəhərin mərkəzinə doğru olan hərəkət istiqaməti açıqdır. Ardını oxu

  • Təyyarəni ildırım vurdu

    Hadisə hava gəmisi "Şeremetyevo" aeroportuna enərkən baş verib Ardını oxu

  • Bir gündə 841 qəza

    Qar İstanbulu iflic etdi Ardını oxu

  • Yayda Riqa-Bakı birbaşa reysi bərpa ediləcək

    Kaspars Ozolınş: “Reys mayın 20-dən sentyabrın 7-dək həftədə iki dəfə həyata keçiriləcək” Ardını oxu

Bakıya gələn təyyarə geri qaytarıldı

Bakıya gələn təyyarə geri qaytarıldı

Qeyd edək ki, bu reysin bu gün 15:00-da yerinə yetiriləcəyi bildirilir Bu gün 05:00 radələrində Moskvanın "Şeremetyevo" hava limanından Bakıya gəlməli olan təyyarə yenidən Rusiya paytaxtına qaytarılıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından Cars-az-ın məlumatına görə, "SU 1854" saylı Moskva-Bakı reysini yerinə yetirən Rusiyanın "Aeroflot" şirkətinə məxsus "Sukhoi Superjet 100-95" markalı laynerdə yaranan texniki problemə görə qarşı tərəf təyyarəni geri çağırıb. Qeyd edək ki, bu reysin bu gün 15:00-da yerinə yetiriləcəyi bildirilir. Ardını oxu

Təyyarə torpağa batdı

Təyyarə torpağa batdı

Sibir soyuqları İstanbulda təyyarə qəzasına səbəb olub Ardını oxu

Sürücülərə XƏBƏRDARLIQ!

Sürücülərə XƏBƏRDARLIQ!

Bakı yol polisi qarlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Cars-az-a bildirib ki, qarlı, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Yol polisi şaxtalı və buzlu yolları qiymətləndirərək, sürət həddini aşmamalıdırlar. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilən Vaqif Əsədov nasaz avtomobillərlə yola çıxmağın çox təhlükəli olduğunu bildirib. “Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq müəyyən edilmiş sürət həddindən artıq sürətlə hərəkət etməsinlər. Çünki sürətin hava və yol şəraitinə uyğun seçilməməsi son nəticədə yol-nəqliyyatı hadisəsinə səbəb olur. Eyni zamanda piyadalar da belə havalarda diqqətli və ehtiyatlı olmalıdırlar. Səki ilə getməlidirlər və avtomobil yoluna çıxmamalıdırlar. Qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir. Sürücülər əyləc sistemindən mümkün qədər istifadə etməməklə avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir. Avtomobillərin şüşəsiləni işlək olmalıdır”, - deyə Vaqif Əsədov vurğulayıb. Yol polisi Bakının Yasamal rayonu ərazisində, hündürlüklərdə, Biləcəri dikində, ümumiyyətlə enişli-yoxuşlu yollarda daha çox ehtiyatlı olmağı məsləhət bilir. V.Əsədov onu da əlavə edib ki, mümkün qədər sürücülər şəxsi avtomobillərindən az istifadə etsinlər. Mümkünsə ictimai nəqliyyatdan istifadə etsinlər. Qeyd edək ki, bu gündən etibarən respublika ərazisində hava şəraiti dəyişib. Hidrometeoroloji proqnozlar bürosundan bildirilir ki, bu gün fasilələrlə yağıntı müşahidə ediləcək. “Fevralın 18-də və 19-da havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcəyədək aşağı enəcək. 18 və 19-da günorta saatlarında isə paytaxtda havanın temperaturu 4-5 dərəcə arasında dəyişəcək. Mərkəzi aran rayonlarında gecə saatlarında 5-9 dərəcə isti müşahidə olunacaq”, – deyə HPB-nin direktor müavini Gülşad Məmmədova qeyd edib. Ayın 17-si və 18-də bəzi rayonlarda yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Xəbər verilir ki, paytaxtda şimal küləyinin güclənəcəyi gözlənilir. Ardını oxu

Top