Avtobusdan oğurluq edən qız tutuldu

Avtobusdan oğurluq edən qız tutuldu

Bakının Nizami rayonunda avtobusda oğurluq edən 20 yaşlı qız həbs edilib. Cars-az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, yanvarın 22-də 15 saylı xətt avtobusunda Bakı şəhər sakini Fəridə Cəfərlinin əl çantasından planşet oğurlanıb. Fəridə Cəfərli oğurluq hadisənin baş verməsi ilə bağlı polisə şikayət edib. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Xəyalə Sadəddin qızı Əsgərova tutulub.

Dostlarınla paylaş


Şərhlər


Top