04.11.2015
Gündəm
Bakıya gələn təyyarə geri qaytarıldı
Bu gün 05:00 radələrində Moskvanın "Şeremetyevo" hava limanından Bakıya gəlməli olan təyyarə yenidən Rusiya paytaxtına qaytarılıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından Cars-az-ın məlumatına görə, "SU 1854" saylı Moskva-Bakı reysini yerinə yetirən Rusiyanın "Aeroflot" şirkətinə məxsus "Sukhoi Superjet 100-95" markalı laynerdə yaranan texniki problemə görə qarşı tərəf təyyarəni geri çağırıb. Qeyd edək ki, bu reysin bu gün 15:00-da yerinə yetiriləcəyi bildirilir.