04.11.2015
Gündəm
115 reys təxirə salıb
"Türk Hava Yolları" aviaşirkəti fevralın 17-18-nə planlaşdırılan ümumilikdə 115 daxili uçuşu təxirə salıb. Cars-az xəbər verir ki, bu barədə çərşənbə axşamı Anadolu agentliyi məlumat yayıb. Uçuşlar İstanbulda güclü qar yağması ilə əlaqədar ləğv edilib. Türkiyədə artıq iki gündür ki, güclü qar yağır.