04.11.2015
Gündəm
Heydər Əliyev prospekti bağlandı
Bakının əsas yollarından biri olan Heydər Əliyev prospekti bağlanıb. Cars-az axar.az-a istinadən xəbər verir ki, “Bağırov körpüsü” kimi tanınan yol ötürücüsünün “Koroğlu” metro-stansiyası istiqamətində olan hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Yol “Azəryolservis” ASC-nin maşınları tərəfindən bağlanıb, prospektin nə vaxt açılacağı bəlli deyil. Yolun bağlanması böyük tıxacın yaranmasına səbəb olub. Qeyd edək ki, Heydər Əliyev prospektinin şəhərin mərkəzinə doğru olan hərəkət istiqaməti açıqdır.