-
Şirvanda avtomobillə vurulan kişi xəstəxanada öldü
Faktla bağlı araşdırma aparılır Şirvan şəhərində ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alan qadın xəstəxanada ölüb. Cars-az xəbər verir ki, bu barədə teleqraf.com-a Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Şirvan şəhər sakini Elçin Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Afət İsayevi vurub. Xəstəxanaya yerləşdirilmiş Afət İsayevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Ardını oxu
-
Bakıda «kruq plyonka» ilə sürülən «07» - DYP hara baxır? FOTLAR
85 CC 885 dövlət nömrə nişanlı avtomobilin bütün şüşələri tündləşdirilib Ardını oxu
-
Bu yol bağlanır – FOTO
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur Paytaxtda daha bir yol bağlanıb. Cars-az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Heydər Əliyev prospekti köməkçi yol- Mərkəzdən Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. İşlərin başa çatması 20.02.2015-ci il tarixindən 09:00-a kimi nəzərdə tutulub. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur. Ardını oxu
-
Türk Hava Yollarının təyyarəsi çətin anlar yaşadı
Atatürk Hava Limanına bütün eniş və qalxışlar dayandırılıb Türk Hava Yollarının (THY) “Airbus A321” tipli sərnişin təyyarəsi Atatürk Hava Limanına enib. Lakin eniş zamanı kiçik problemlə qarşılaşıb. Cars-az bildirir ki, eniş zamanı taksi yoluna girən təyyarə güclü qar yağışına görə taksi yolundan çıxaraq torpaq zəminə batıb. İlkin mərhələdə sərnişinlər evakuasiya edilib və heç kimə zərər dəyməyib. THY təyyarəsinin kiçik qəzasından sonra Atatürk Hava Limanına bütün eniş və qalxışlar dayandırılıb. Təyyarələr başqa hava limanlarına istiqamətləndirilib. Ardını oxu
Bakıda şaxta olacaq, qar yağacaq
Azərbaycan ərazisində hava şaxtalı və yağıntılı olacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Cars-az-a bildiriblər ki, fevralın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və axşam yağıntının sulu qar və qarla qarışıq yağması gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz tədricən cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında fevralın 19-da havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntının kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlıq ərazilərdə gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacaq. Ardını oxu
Məktəblilər təhlükə ilə üz-üzə
"Aidiyyatı orqanlara müraciət etsəm də, onlardan səs çıxmır" Cars-az xəbər verir ki, Bakıda orta məktəbin qarşısında acınacaqlı vəziyyət hökm sürür. Bu haqda milli.az-a daimi oxucusu bildirib: "Paytaxtın 167 saylı məktəbinin qarşısında uşaqlar təhlükə ilə üz-üzə qalırlar. Maşınlar piyada üçün ayrılan səkini tutublar və uşaqlar maşın yolu ilə hərəkət etməyə məcbur qalırlar. Hər gün bu vəziyyət davam edir. Bəzən sürücülər səkini tamamilə qapadırlar və videoda gördüyünüz qədər yer də qalmır uşaqların keçməsi üçün. "Aidiyyatı orqanlara müraciət etsəm də, onlardan səs çıxmır". Ardını oxu
Bakıda laqeydsizlikdən doğan problem
"Yol polisi bir dəfə də olsun müdaxilə etmir" Ardını oxu
"Cip" sevən varlılara müjdə
"Rolls Royce" cip istehsalına başlayır "Rolls Royce" cip istehsal edəcək. Cars-az anspress-ə istinadən məlumat verir ki, dünyanın ən önəmli lüks maşaın istehsalçılarından olan "Rolls Royce" bu barədə xəbərləri təsdiqləyib. Şirtəh hazırda cipin layihəsi üzərində işlədiyini açıqlayıb. Bununlada firma 111 illik tarixində bir ilkə imza atacaq. Belə ki, bu zamana kimi avtomobil nəhəngi bu tipdə maşın istehsalı ilə məşğul olmayıb. "Rolls Royce"nin CEO-su Torsten Mueller-Oetvoes tamamilə yeni, müasir və tamamilə yeni maşın istehsal edəcəyi xəbərini payalaşmaqdan qürur hissi keçirdiyini deyib. Yeni maşının İngiltərədə istehsal ediləcəyi gözlənilir. Onun iki il ərzində satışa çıxacağı nəzərdə tutulub. Xatırladaq ki, "Rolls Royce"ən bahalı lüks maşınların istehsalçısıdır. Adıçəkilən şirkətin maşınlarının qiyməti bir neçə yüz min dollardan başlayır. Ardını oxu