Türk Hava Yollarının təyyarəsi çətin anlar yaşadı

Türk Hava Yollarının təyyarəsi çətin anlar yaşadı

Türk Hava Yollarının təyyarəsi çətin anlar yaşadı

Türk Hava Yollarının (THY) “Airbus A321” tipli sərnişin təyyarəsi Atatürk Hava Limanına enib. Lakin eniş zamanı kiçik problemlə qarşılaşıb. Cars-az bildirir ki, eniş zamanı taksi yoluna girən təyyarə güclü qar yağışına görə taksi yolundan çıxaraq torpaq zəminə batıb. İlkin mərhələdə sərnişinlər evakuasiya edilib və heç kimə zərər dəyməyib. THY təyyarəsinin kiçik qəzasından sonra Atatürk Hava Limanına bütün eniş və qalxışlar dayandırılıb. Təyyarələr başqa hava limanlarına istiqamətləndirilib.

Dostlarınla paylaş


Şərhlər


Top