04.11.2015
Gündəm
Məktəblilər təhlükə ilə üz-üzə
Cars-az xəbər verir ki, Bakıda orta məktəbin qarşısında acınacaqlı vəziyyət hökm sürür. Bu haqda milli.az-a daimi oxucusu bildirib: "Paytaxtın 167 saylı məktəbinin qarşısında uşaqlar təhlükə ilə üz-üzə qalırlar. Maşınlar piyada üçün ayrılan səkini tutublar və uşaqlar maşın yolu ilə hərəkət etməyə məcbur qalırlar. Hər gün bu vəziyyət davam edir. Bəzən sürücülər səkini tamamilə qapadırlar və videoda gördüyünüz qədər yer də qalmır uşaqların keçməsi üçün. "Aidiyyatı orqanlara müraciət etsəm də, onlardan səs çıxmır".