04.11.2015
Qəzalar
Şirvanda avtomobillə vurulan kişi xəstəxanada öldü
Şirvan şəhərində ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alan qadın xəstəxanada ölüb. Cars-az xəbər verir ki, bu barədə teleqraf.com-a Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, Şirvan şəhər sakini Elçin Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Afət İsayevi vurub. Xəstəxanaya yerləşdirilmiş Afət İsayevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.