Qəzanı başqası törətdi, ölən başqası oldu

Qəzanı başqası törətdi, ölən başqası oldu

Qəzanı başqası törətdi, ölən başqası oldu

Göyçayda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cars-az regiontv-yə istinadən xəbər verir ki, hadisə Göyçay-Bərgüşad yolunun 9-cu kilometrliyində, Qızılağac kəndi ərazisində qeydə alınıb. Həmin kənd sakini Zaur İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bərgüşad istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarındakı dəmirçi sexinə, sonra isə Abdulhəmid Osmanova məxsus minik maşınına çırpılıb. Avtomobilinin yanında olan Abdulhəmid Osmanov zərbənin təsirindən ağır xəsarətlər alaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top