Mingəçevirdə avtomobil yanıb

Mingəçevirdə avtomobil yanıb

Mingəçevir şəhərində park edilmiş avtomobil yanıb. Cars-az regiontv-yə istinadən xəbər verir ki, hadisə Aydın Məmmədov küçəsində baş verib. Elnur Vaqif oğlu Məmmədova məxsus “OPEL” markalı avtomobil qəflətən alovlanıb. Salon hissədə başlanan yanğın az sonra bütün avtomobili bürüyüb. Yanğını Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları söndürüblər. Avtomobilin hansı səbəbdən yandığı məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top