Göyçayda qəza: 3 yaralı

Göyçayda qəza: 3 yaralı

Cars-az regiontv-yə istinadən xəbər verir ki, Göyçay rayonu ərazisində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. İlkin ehtimala görə, hadisəyə “VAZ 2107” markalı minik maşınının “VAZ 21011” markalı avtomobilin qarşısına çıxması səbəb olub.

Qəza zamanı Göyçay rayonunun Bığır kənd sakinləri, 1989-cu il təvəllüdlü Tural Akif oğlu Seyidov, 1980-ci il təvəllüdlü Rauf Hüseyn oğlu İsmayılov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Zamir İntiqam oğlu İsayev müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top