Ailə ağır yol qəzasına düşdü: ölən var

Ailə ağır yol qəzasına düşdü: ölən var

Ailə ağır yol qəzasına düşdü: ölən var

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Cars-az-ın Bakı şəhər Baş Polis İdarəsində istinadən verdiyi məlumata görə, fevralın 15-də saat 23 radələrində, E.Süleymanov küçəsində Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Rəşad Məmmədovun idarə etdiyi “Mercedes” markalı və Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Arzuman Həsənzadənin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21099” markalı avtomobilin sərnişinləri, sürücünün anası olan 1935-ci il təvəllüdlü Tavat Kərimova və sürücünün həyat yoldaşı, 1975-ci il təvəllüdlü Rübabə Mirzəliyeva xəstəxanaya yerləşdirilib. R.Mirzəliyeva ambulator yardım alaraq evə buraxılıb, T.Kərimova isə fevralın 16-da saat 10 radələrində xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top