04.11.2015
Qəzalar
Zaqatalada yol qəzası: 1 nəfər öldü
Zaqatala rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Cars-az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, rayon sakinləri Əhməd Əliyevin və Rəşid Muradovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Əhməd Əliyevin sərnişini Xanımzər Rəhimova xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.