04.11.2015
Maraqlı
Sərxoş sürücüyə ağır cəza
Türkiyədə bir sürücünün sürücülük vəsiqəsi 2060-cı ilə qədər əlindən alınıb. Cars-az atvxəbər-ə istinadən xəbər verir ki, bununla 15-ci dəfədir sərxoş halda avtomobil idarə edən və saxlanılan 58 yaşlı Həsən Y. 2060-cı ilə qədər vəsiqəsini görə bilməyəcək. Həmçinin o, 6 aydan 1 ilə qədər həbs cəzasına məhkum edilə bilər.