16.03.2016
Qəzalar
"Mercedes" qəza törətdi: 2 nəfər öldü
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba-Xaçmaz magistral avtomobil yolunun 15-ci km-də Xaçmaz rayonu ərazisində "Mercedes" markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.
Сars-az apa-ya istinadən bildirir ki, dərhal nazirliyin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış, 1987-ci il təvəllüdlü Yusifov Yusif Rəsul oğlunun və 1985-ci il təvəllüdlü Babayev Rövşən İbrahim oğlunun cəsədlərini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 02:58-də başa çatıb.