Ağcabədidə qəza: yaralılar var

Ağcabədidə qəza: yaralılar var

Ağcabədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Сars-az apa-ya istinadən bildirir ki, hadisə Rəncbərlər kəndində qeydə alınıb.

"VAZ 2106" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Əhmədov Sənan Vasif oğlu və 2001-ci il Rüstəmov Murad Ramil oğlu xəsarət alıblar. Onlar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan xəsarət alanların vəziyyətinin orta-ağır olduğu bildirilib.

Dostlarınla paylaş


Şərhlər


Top