Avtomobil körpüdən aşdı, yaralı var

Avtomobil körpüdən aşdı, yaralı var

Bərdə rayonunda ağır yol qəzası baş verib.

Сars-az lent.az-a istinadən bildirir ki, Mingəçevir-Bəhramtəpə yolunun 53-cü kilometrliyində 1982-ci il təvəllüdlü Aslanov Ceyhun Şahlar oğlunun idarə etdiyi "Ford Connect" markalı 90 JX 106 dövlət qeydiyyat nişanlı avtomobil körpüdən aşıb. Nəticədə avtomobildə olan sərnişin 1967-ci il təvəllüdlü Ağayeva Mədinə Əvəz qızı ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, avtomobil destrübüter şirkətlərdən birinə məxsus olub.

Dostlarınla paylaş


Şərhlər


Top