14.03.2016
Qəzalar
11 avtomobildən akkumulyator oğurlanıb - Lənkəranda
Lənkəranda 11 avtomobil akkumulyatorunu oğurlayan şəxs tutulub. Сars-az xəbər verir ki, bu barədə apa-nın cənub bürosunun məlumatına görə, bir qrup rayon sakini polisə müraciət edərək, avtomobillərindən akkumulyatorun oğurlandığını bildirib. Keçirilən əməliyyatla hadisəni törətməkdə təqsirləndirilən rayon sakini, 1993-cü il təvəllüdlü Süleyman Etibar oğlu Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.