Qubada ağır qəza: 2 ölü, 1 yaralı

Qubada ağır qəza: 2 ölü, 1 yaralı

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Сars-az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Qırız-Dəhnə kəndində qeydə alınıb.

Xınalıq kənd sakini Elvin Məlikov idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə sərnişinləri, həmyerliləri Elşən Yarməmmədov və Şahin Bahaddinov hadisə yerində ölüb, özü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Quba rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top