Almaq istədiyi avtomobili qaçırdı

Almaq istədiyi avtomobili qaçırdı

Gəncədə avtomobil qaçırmış şəxs saxlanılıb.

Сars-az DİN-in saytına istinadən bildirir ki, Gəncə şəhər sakini Kənan Hacıyev Kəpəz RPİ-yə müraciət edərək martın 11-də "Opel" markalı avtomobilini həmyerlisi Natiq Kərimova satmaq üçün razılaşmasını, lakin sonradan həmin avtomobili qaçırmasını bildirib.

Kəpəz RPİ əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə N.Kərimov avtomobillə birgə saxlanılıb.

Dostlarınla paylaş


Şərhlər


Top