Gəncədə iki avtomobil toqquşdu

Gəncədə iki avtomobil toqquşdu

Сars-az kəpəztv-yə istinadən xəbər verir ki, Gəncədə yol qəzası baş verib. Hadisə bu gün saat 14 radələrində şəhərin Heydər Əliyev prospekti ilə Ələkbərbəy Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb. 63 yaşlı Arzuman Bayramov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Rəfibəyli küçəsindən çıxarkən prospektlə hərəkət edən "VAZ 2107" markalı avtomobilin qarşısına çıxıb. Bu zaman nəqliyyat vasitəsi 21 yaşlı Musa Əsədovun idarə etdiyi "VAZ 2107" tərəfindən vurulub. Qəza zamanı "VAZ 2106" yararsız hala düşüb, xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top