15.03.2016
Qəzalar
Sahibini ölümlə üz-üzə qoyan UZUNQULAQ
Sosial şəbəkələrdə paylaşılan bu video insanlarda həm gülüş doğurur, həm də qorxu.
Сars-az faktxəbər-ə istinadən bildirir ki, müşahidə kamerasının vasitəsi ilə qeydə alınan kadrların haradasa Şərq ölkəsində baş verdiyi anlaşılır.
Kadrlardan görünür ki, dəmiryolu stansiyasının yaxınlığında insanlar qatarın keçməsini gözləyirlər. Qatarın uzaqdan gəldiyini görən kişi ulaq arabasına minir ki, şlaqbaum götürülən kimi yolu keçsin. Lakin heyvan bunu getmək işarəti kimi qəbul edərək yola düşür. Heyvan sahibinin bütün cəhdlərinə baxmayaraq dayanmır və relslərin üstünə çıxır. Elə bu an qatar gəlir.
Xoşbəxtlikdən, kişi salamat qalıb.