16.03.2016
Qəzalar
Yük maşını piyadanı vuraraq öldürdü
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb. Сars-az-ın APA-ya istinadən məlumatına görə, Sabirabad rayonun Nərimankənd kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Ford” markalı yük maşını həmin kəndin sakini 1941-ci il təvəllüdlü Səmədov Kamran Ağacan oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.