15.03.2016
Qəzalar
İki maşın toqquşdu, məmur yaralandı
16:27
Сars-az apa-ya istinadən xəbər verir ki, xəsarət alan Sahir Quliyev Sarov kənd icra nümayəndəsinin müavinidir.
-----------
15:14
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
KəpəzTV xəbər verir ki, Goranboy rayonunun Səfikürd kəndində yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində rayon sakini, 53 yaşlı Sahir Quliyev ağır bədən xəsarəti alıb. Yaralı dərhal Gəncə Şəhər TTYX-yə çatdırılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb.